Çin və Rusiyanın tərəfdaşlığı Qərbə qarşı həmlədir?

SETA – Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun baş direktoru, professor Murad Yeşiltaşın “Çin və Rusiyanın tərəfdaşlığı Qərbə qarşı həmlədir?” başlıqlı məqaləsini SİA Tükiyə saytlarına istinadən təqdim edir
Çin və Rusiyanın tərəfdaşlığı Qərbə qarşı həmlədir?

Məqalənin başlığındaki sualın cavabını tapmaq üçün tarixdə geri gedərək 4 fevral 2022-ci il tarixinə qayıtmalıyıq. Pekin Olimpiadası münasibətilə Çinə səfər edən Putin Cinpin ilə görüş keçirdi və bu görüşün nəticəsi olaraq mövcud dünya nizamına sözün əsl mənasında bir manifest xüsusiyyətinə malik “Yeni eraya qədəm qoyarkən beynəlxalq əlaqələr və qlobal davamlı inkişaf” başlıqlı Çin-Rusiya birgə bəyannaməsi yayımlandı.

Həmin bəyannamədə iki ölkənin liderləri tərəfdaşlıqlarının bir sərhədinin olmadığını xüsusilə vurğuladılar və bu tərəfdaşlıq konsepsiyasının məzmununu da açıqladılar. Buna görə, bu tərəfdaşlıq ittifaqı, münaqişəsizliyi və heç bir üçüncü tərəfi hədəf almamağı əhatə edir. Bu baxımdan, Çin və Rusiya arasında artıq tərəfdaşlığın olduğunu söyləmək düzgün nəticə olardı, lakin Rusiya-Ukrayna müharibəsinin qlobal sistemə və iki ölkə arasındakı münasibətlərə təsirinin ucadan səsləndirilməsini ləngtdiyini söyləmək düzgün nəticə olacaq.

Çin Qərbin Rusiyaya yönəltdiyi aqressiv sanksiya oxlarından iqtisadiyyatını qorumaq istəyir. Çin Xalq Cümhuriyyəti bu prosesdə öz mövqeyini ölkələrin ərazi bütövlüyünün qorunması dialoq qapılarının bağladılmaması və təktərəfli sanksiyaların faydasız olduğunu bildirən orta səviyyəli səslə dilə gətirir. Eyni zamanda bu müharibəyə səbəb olan əsas amillərin NATO ekspansionizmidir və ABŞ olduğunu bir çox platformalarda bəyan edib. Proses zamanı Çinin Rusiyaya hərbi texnika verməsi ilə bağlı iddialar olsa da, Pekin bunu qəti şəkildə təkzib edib, ancaq Ukraynanın işğalını “işğal” kimi qələmə verməkdən də imtina edib.

Çin bu prosesdə Rusiyanın tərəfini tutmaq əvəzinə arxa planda qalmağı üstün tutsa da, Moskva-Pekin administrasiyaları arasındakı əlaqələr iqtisadi və strateji miqyasda daha da inkişaf etdi və iki ölkə arasında ticarət həcmi tarixi zirvələrə çatdı.

Fevralın 4-də baş tutan görüşdən sonra iki lider müxtəlif təşkilatlarda, xüsusilə Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Zirvə toplantısında bir araya gəldilər, lakin heç biri Cinpinin Moskvaya səfəri qədər səs-küy yaratmadı. Bunun əsas səbəbi 2023-cü ildən bəri dəyişmiş və Qərbin iqtisadiyyat yönümlü prioritetlərini tərk edərək daha çevik və cəsarətli xarici siyasətə keçən Cinpinin mövqeyidir. Eyni zamanda bu səfərin Cinpinin hakimiyyətdəki üçüncü dövrünü zəmanət altına almasından sonra reallaşdırdığı ilk xaricə səfəri olduğunu və Putinin Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən hərbi cinayətlərdə təqsirli bilinməsindən sonra baş verdiyini unutmamaq lazımdır.

İki liderin Moskvada diplomatik praktikadan kənar “dostum” vurğusu ilə bir-birlərinə səsləndikləri və daha səmimi görüş keçirildiyi açıq-aydın müşahidə olundu. Səfər nəticəsində dərc edilən iki bəyanatda ABŞ-ın rəhbərliyi ilə birqütblü dünya nizamının sona çatdığı və yeni dövrdə çoxqütblü dünya nizamının başlayacağı açıq şəkildə vurğulanıb.

Bu nizam bəyannamədə yer alan “beynəlxalq münasibətlərin demokratikləşməsi” və “qlobal idarəçilik” anlayışları ilə dəstəklənir. Gəlin, Cinpinin Putinlə vidalaşarkən işlətdiyi cəlbedici ifadəni xatırlayaq: “Bir əsr müddətində görünməmiş dəyişiklik gəlir və biz dəyişikliyə rəhbərlik edirik”. Bu, çox iddialı bir cümlə olmaqla yanaşı, həm də iki ölkə liderlərinin bir-birinə tapşırdıqları rolun ən bariz göstəricisidir. Bəyannaməyə əlavə olaraq imzalanan inkişaf və əməkdaşlıq üçün investisiya planları və "Sibirin Gücü 2" təbii qaz kəməri ilə bağlı ümumi proseslər bu tərəfdaşlığın möhkəmləndirilməsi üçün istifadə olunan iqtisadi, sosial və diplomatik vasitələri əhatə edir.

Digər tərəfdən, bu səfər Qərb yönümlü qaynaqlarda Rusiyanın Çinə kiçik tərəfdaş rolu verməsi kimi işıqlandırılsa da, Rusiya və Çin mənbələri bu səfəri iki ölkənin gələcəyə birgə addımlamaq məqsədilə hərtərəfli strateji tərəfdaşlığa doğru güclü atdığı addım atması kimi şərh ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə