Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-la münasibətlərlə bağlı “gözləməyə çox vaxt yoxdur” ifadəsini açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, jurnalistlər diplomatdan aprelin 7-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışıqlarından sonra keçirilən mətbuat konfransında bu sözlərə aydınlıq gətirməsini istəyiblər.
Bundan əvvəl Lavrov “Rossiya-1” telekanalına verdiyi şərhdə bildirib ki, ölkələr arasında “müharibənin qaynar fazasına” baxmayaraq, Moskva ilə Vaşinqton arasında münasibətlər qorunmalıdır. Onun sözlərinə görə, Moskva hələ də ABŞ-ın ağıldan ayılacağına ümid edir. Eyni zamanda diplomat daha sonra “gözləməyə çox vaxt yox idi”- deyə əlavə edib.
“Hər halda həqiqətin qalib gələcəyini nəzərdə tuturdum. Bu barədə heç bir şübhə yoxdur. Amma bu uzun müddət deyil müxtəlif zaman dövrlərinə tətbiq edilə bilər”-deyə Lavrov vurğulayıb.
Xatırladaq ki, bir müddət bundan əvvəl xarici işlər nazirinin müavini Sergey Ryabkov, Rusiya ilə ABŞ arasındakı münasibətlərin hazırkı vəziyyətini “çökmək” sözü ilə xarakterizə etmək olar, deyə bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB