Makronun siyasəti altında Fransada demokratiya azalır

Makronun siyasəti altında Fransada demokratiya azalır

Fransada sarı jiletlilər hərəkatının siyasi özəyi olan “Sarı jiletlilər” dərnəyinin banisi Tierri-Paul Valet, prezident Emmanuel Makronun siyasəti altında Fransada demokratiyanın getdikcə azaldığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini “RİA Novosti” sitat gətirir.

Valet Fransada demokratiyanın yoxa çıxmasında Makronu günahlandırıb. O xatırladıb ki, bu siyasi sistemdə vətəndaşların rəyi nəzərə alınır, çünki onlar həyatı yaxşılaşdırmaq üçün prezidenti seçiblər. “Demokratiya müxtəlif azadlıqlardır və indi bütün bu azadlıqlar pozulub. Etiraz hüququ da pozulur”, - deyə fəal bildirib.

“Sarı jiletlilər”in lideri fransızlara icazəsiz nümayişlər keçirməyin qadağan edildiyini vurğulayıb. Lakin hakimlər birliyi bu qaydanı təkzib edərək etirazların qanuni olduğunu vurğulayıblar.

O, həbslər nəticəsində ifadə və sərbəst toplaşma azadlığının pozulduğunu vurğulayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə