Köşə yazarı Bradley Devlin Finlandiyaya ölkənin NATO-ya daxil olarkən üzərinə götürdüyü öhdəlikləri xatırladıb.
SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə Amerika Mühafizəkarları üçün yazdığı məqalədə yazıb.
Məlumata görə, Devlin finləri alyansa qoşulmaları münasibətilə ironiya ilə təbrik edib.
“Şimali Atlantika Alyansının üzvü olmağın NATO müharibələrində döyüşmək demək olduğunu başa düşdükdə onların şokunu təsəvvür edin”, deyə o, əsaslandırıb.
Jurnalistin izah etdiyi kimi, Finlandiyanın neytrallığı soyuq müharibə dövründə bazar iqtisadiyyatının və etibarlı sosial müdafiə sisteminin inkişafına töhfə verib. Xüsusilə, bu mövqe sosialist bloku ilə əlaqələri qorumağa və SSRİ ilə ticarətə kömək edib: “Finlər, deyəsən, neytrallığın onlara yaxşı xidmət etdiyini unudublar”- deyə Devlin bildirib.
Onun fikrincə, Helsinki NATO-ya daxil olmaqla münasibətlərin gərginləşməsi üçün daha bir sərhəd açmış olub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB