Ukrayna Prezident Ofisinin müşaviri müşaviri Mixail Podolyak əks-hücumun başlaması üçün dörd şərtin adını çəkib.
SİA-nın əldə etdiyi məlumata görə, Podolyak bildirib ki, Ukrayna silah ehtiyatı toplamalı, hərbçilərə təlim keçməli, əməliyyatı planlaşdırmalı, informasiya hücumları həyata keçirməlidir.
Birinci komponent əks-hücum üçün silah və texnikanın davamlı yığılmasıdır. İkincisi, Ukrayna hərbçilərinin bu əməliyyatda iştirak etmək üçün intensiv təlim keçməsi və koordinasiya etməsidir”, - Podolyak vurğulayıb.
Müşavir Ukrayna Baş Qərargahı tərəfindən gözlənilən əməliyyatın planlaşdırılmasını da vurğulayıb. Bundan əlavə, Podolyak “düşmənin psixoloji vəziyyətinə təsir göstərmək” məqsədilə informasiya hücumlarının hazırlanmasından danışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB