Floridada təyyarə qəzaya uğrayıb, ölənlər var

Floridada təyyarə qəzaya uğrayıb, ölənlər var

ABŞ-nin Florida ştatının sahilində kiçik təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. Məlumata görə, təyyarə hava limanından qalxdıqdan dərhal sonra Meksika körfəzinə düşüb. Axtarış-xilasetmə əməliyyatı nəticəsində biri pilot olmaqla dörd nəfərin cəsədi aşkar edilib. Təyyarənin qalıqları təxminən 7 metr dərinlikdə tapılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə