ABŞ Maliyyə Nazirliyi İT nəhənginin Kuba, İran, Suriya və Rusiyaya qarşı sanksiyaları pozması ilə bağlı mübahisəni həll etmək üçün Microsoft ilə razılığa gəlib. RBC-nin ABŞ Maliyyə Nazirliyinin bəyanatına istinadən verdiyi məlumata görə, şirkət 1,3 min pozuntuya görə təxminən 3 milyon dollar ödəyəcək.
Microsoft Kuba Aktivlərinə Nəzarət Qaydaları, İran Əməliyyatları və Sanksiyalar Qaydaları, Suriya Sanksiyaları Qaydaları və xidmətlərin ixracı ilə bağlı “Ukrayna və Rusiya Sanksiya Müddəaları”nın 1339 kobud pozuntusuna görə potensial mülki məsuliyyətini ödəmək üçün 2 980 265,86 ABŞ dolları köçürməyə razılaşıb.
SİA-nın əldə etdiyi məlumata görə, proqram təminatı Birləşmiş Ştatlardan hərtərəfli sanksiyalara məruz qalan yurisdiksiyalara göndərilir.
Xəzinədarlıq Departamenti vurğulayıb ki, şirkətin cəriməni ödəmək qərarı könüllü şəkildə açıqlanıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB