Livandan İsrail ərazisi istiqamətində 30-a qədər raket atılıb

Livandan İsrail ərazisi istiqamətində 30-a qədər raket atılıb

İsrailin şimalı Livan ərazisindən kütləvi raket atəşinə məruz qalıb, raketlərin bir hissəsi Dəmir Günbəz raketdən müdafiə sistemi tərəfindən ələ keçirilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə aprelin 6-da “Haaretz” nəşri İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bu gün günortadan sonra İsrailin şimalı Livandan raket atəşinə tutulub.

İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, Livandan İsrail ərazisi istiqamətində 30-a qədər raket atılıb, onların əksəriyyəti Dəmir Qübbə raketdən müdafiə sistemindən istifadə edilərək vurulub.

Atışma nəticəsində bir neçə qurbanın olduğu qeyd edilir. Eyni zamanda, bu gün Livandan atılan raket hücumunun 2006-cı ildən bu yana ölkənin şimalına edilən ən böyük hücum olduğu vurğulanır.

Hücumla əlaqədar İsrailin baş naziri Benyamin Netanyahu təhlükəsizlik xidmətinin rəhbərləri ilə təcili toplantı çağırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə