Ağ ev: ABŞ qüvvələrinin Əfqanıstandan çıxarılmasından sonra Kiyevi dəstəkləmək daha asan olub
ABŞ Prezidenti Cozef Baydenin administrasiyası hesab edir ki, Amerika qüvvələrinin Əfqanıstandan çıxarılması barədə verilən qərar düzgün olub. Bu, Vaşinqtona Ukraynaya yardım göstərmək üçün daha çox imkan yaradıb.
SİA TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib. Onun sözlərinə görə, ABŞ-nin strateji mövqeyi indi daha güclüdür, Ukraynanı dəstəkləmək, habelə Çinlə rəqabət aparmaq üçün daha çox imkanı var, çünki o, artıq Əfqanıstanda quru müharibəsi aparmır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB