İsrail Müdafiə Nazirliyi bu gün Livanın atəşinə hər cür cavab verməyə hazırlaşmağı əmr edib.
Qeyd edək ki, cümə axşamı Livandan İsrailə 34 raket atılıb. Məhz buna görə də, axşam hökumətin təcili iclasının keçirilməsi nəzərdə tutulub.
Cümə axşamı İsrail Müdafiə Nazirliyində keçirilən iclasda Livandan raket hücumlarına qarşı istənilən cavaba hazırlaşmaq qərara alınıb.
İclasdan sonra nazirliyin yaydığı açıqlamaya görə, müdafiə naziri Yoav Qalant İsrail hərbi rəhbərliyinə bu gün Livandan atılan mərmilərə qarşı hər hansı cavaba hazır olmağı tapşırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu axşam həmçinin bir sıra nazirlərin iştirak edəcəyi hərbi-siyasi kabinetin təcili iclası olacaq.
Görüşün nəticəsində İsrail atəşə qarşı mümkün cavab addımlarını açıqlayacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB