Ukraynadakı böhrandan çıxış yolu yoxdur?

Ukraynadakı böhrandan çıxış yolu yoxdur?

Çin liderı Ukraynadakı böhrandan çıxmaq üçün heç bir panacea olmadığını bildirib. Onun fikrincə, bütün tərəflər hərbi əməliyyatların dayandırılması və sülh danışıqlarının başlanması üçün şərait yaratmalıdırlar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Çin lideri Si Sinpin Fransa prezidenti Emmanuel Makronla danışıqların yarekunu üzrə bildirib.

Əvvəla qeyd edək ki, “panacea” bütün xəstəliklər üçün mifik universal vasitə və ömrünü sonsuzluğa qədər uzadan vasitə kimi göstərilir. Onu da qeyd edək ki, bu gün “panacea” termini məcazi mənada istifadə olunur, bu, yalnız tibbi xarakterli deyil, bütün problemləri həll edəcək ehtimal olunan bir vasitə deməkdir.

Çin liderinin dediyinə görə, hazırda böhrandan çıxmaq üçün heç bir panacea yoxdur, bütün tərəflər özlərindən başlamalı və sülh danışıqları, qarşılıqlı etimadı inkişaf etdirmək üçün şərait yaratmalıdırlar.

Çin Xalq Respublikasının lideri vurğulayıb ki, Çinin Ukrayna məsələsində mövqeyi ardıcıl və aydındır - onun mahiyyəti sülh danışıqlarına və siyasi nizamlanmaya kömək etməkdir.

Si Sinpin Çinin Avropan böhranını həll etmək istəyində dəstəklədiyini və Fransa tərəfi ilə əməkdaşlığa hazır olduğunu da bildirib.

Qeyd edək ki, Ukraynada münaqişə başlayandan sonra Pekin Moskvaya qarşı sanksiyalar tətbiq etməyib və tərəfləri sülh danışıqlarına çağırıb. Xüsusi əməliyyatın ildönümündə- fevralın 24-də Çin böhranı həll etmək üçün öz 12 bəndlik planını təqdim edib.

Onların arasında: bütün dövlətlərin suverenliyinə hörmət, təhlükəsizliyin bölünməzliyi prinsipinə riayət edilməsi, hərbi əməliyyatların dayandırılması və tərəflər arasında danışıqların bərpası və s.var.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə