Çin prezidenti Si Cinpin Ukrayna prezidenti Vladimir Zelenski ilə danışmağa hazır olduğunu qeyd edib.
Bu barədə aprelin 6-da Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Çin lideri ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
Von der Leyen deyib ki, Si Cinpinq şərait və vaxt uyğun olanda Zelenski ilə danışmağa hazırdır. Buna baxmayaraq, Avropa Komissiyasının rəhbəri hesab edir ki, bu, artıq müsbət haldır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS yayıb.
Maraqlıdır ki, “Reuters”, Çin prezidentinin bugünkü görüşlərdən sonra şərhlərində Vladimir Zelenski ilə mümkün söhbətdən bəhs etmədiyini yazıb.
Lakin Fransanın diplomatik mənbəsi agentliyə, guya Si Cinpinin Zelenskiyə zəng etməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, Çinin Avropa İttifaqındakı səfiri Fu Konq Si Cinpinlə Vladimir Zelenski arasında danışığın mümkünlüyü istisna edilməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB