Belarus DTK-sı ilə Rusiya FSB-si birgə əməliyyat keçirərək terrorçu saxlayıblar
Belarus DTK və Rusiya FSB əməkdaşları birgə əməliyyat keçirərək Belarus ərazisinə daxil olan terrorçunu saxlayıblar.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasında danışıb.
İttifaq Dövlətinin Ali Dövlət Şurasındakı çıxışı zamanı dövlət başçısı Belarus və Rusiya tərəfindən effektiv müdafiə və təhlükəsizlik sisteminin yaradılması məsələlərinə toxunub.
Lukaşenkonun sözlərinə görə, sərhəd təhlükəsizliyinin gücləndirilməsi üçün Rusiya ilə birgə həyata keçirilən tədbirlər İttifaq dövlətinin həm beynəlxalq terrorizmdən, həm də nəzarətsiz miqrasiya axınlarından, habelə silah-sursat qaçaqmalçılıqdan müdafiəsini artırmağa imkan verib.
Bununla bağlı Lukaşenko bildirib ki, sözün əsl mənasında bu gün KQB və FSB-nin xüsusi əməliyyatı başa çatıb və nəticədə Belarusa daxil olan terrorçu uğurla ələ keçirilib. Lakin prezident əməliyyatın təfərrüatlarını açıqlamayıb və yaxın vaxtlarda bu barədə daha ətraflı məlumat verəcəyini vəd edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB