Fransanın Paris bölgəsində metroda havanın çirklənməsi ilə bağlı araşdırma başlanılıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ölkədə havanın keyfiyyətini yaxşılaşdırmaq və hava çirkliliyi qurbanlarını müdafiə etmək məqsədi daşıyan "Respire" (Nəfəs) dərnəyi tərəfindən bəyan edilən yazılı açıqlamada bildirilir: “Parisdə illərdir metronun içərisində hava keyfiyyətinə qarşı xəbərdarlıqlar edilir. Paytaxt Paris və ətrafında ictimai nəqliyyatdan məsul qurum olan RATP bu vəziyyəti bilir. Çünki hava çirkliliyi ilə bağlı mütəmadi olaraq ölçülər aparır, amma sərnişinləri məruz qaldıqları risklərlə bağlı xəbərdar etməkdən qəsdən qaçır.
Paris Prokurorluğu 2023-cü il mart ayının sonunda “Respire” dərnəyinin RATP-yə qarşı 2 il əvvəl “ixtisaslı aldatma” və “qəsdən xəsarət yetirmə” maddələri üzrə cinayət işi ilə bağlı araşdırma başladıb.
“Respire” dərnəyi bu qərarı alqışlayır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB