Tokayev Fransa Prezidentinin müşaviri İlizabet Dümonu qəbul edib

Tokayev Fransa Prezidentinin müşaviri İlizabet Dümonu qəbul edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Fransa prezidenti Emmanuel Makronun müşaviri İzabel Dümon ilə görüşüb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Qazaxıstan Prezident Aparatının mətbuat xidmətindən verilən məlumatat görə, Kasım-Jomat Tokayev rəsmi görüşlər keçirmək üçün paytaxt Astanaya gələn Fransa prezidenti Emmanuel Makronun müşaviri İzabel Dümonu qəbul edib.

Prezident İqamətgahında baş tutan görüşdə Dümon Fransa prezidenti Makronun məktubunu Tokayevə çatdırıb.

Kasım-Jomart Tokayev mesajına görə Emmanuel Makrona təşəkkür edib və Fransanın ölkəsinin Avropadakı ən mühüm siyasi və iqtisadi tərəfdaşlarından biri olduğunu vurğulayıb.

Ötən il noyabrın 29-da Makronla görüşündən çox təsirləndiyini xatırladan Tokayev “İkitərəfli münasibətlər və ölkələrimiz arasındakı əməkdaşlığın aktual məsələlərini müzakirə etdik” deyib.

Fransanın Qazaxıstanın aparıcı siyasi və iqtisadi tərəfdaşlarından biri olduğuna diqqət çəkən Kasım-Jomart Tokayev deyib: "Dövlətinizlə əməkdaşlığımızı yüksək qiymətləndiririk, ölkənizin beynəlxalq arenadakı rolunu anlayırıq və Fransanın iqtisadi potensialını düzgün qiymətləndiririk" .

Fransanın 2008-ci ildə Qazaxıstanla strateji tərəfdaşlıq sazişi imzalayan ilk Avropa İttifaqı (Aİ) üzvü olduğunu xatırladan Kasım-Jomart Tokayev deyib:“Bir daha qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında aktiv və etimada əsaslanan siyasi dialoq davam edir''.

İzabel Dümon Fransanın Qazaxıstanla münasibətləri inkişaf etdirmək istədiyini də bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə