Rusiya hakimiyyəti Çeçenistan lideri Ramzan Kadırovun Denis Puşilinlə yaxınlaşmasından narazıdır.
SİA-nın əldə etdiyi məlumata görə, bu günlərdə Puşilinə “müavin” təyin edilən Rusiya Tikinti Nazirliyi rəhbərinin keçmiş köməkçisi Yevgeni Solntsevə göstəriş verilib: Ramzan- Denis yaxınlaşmasına mane olmaq!
“Donetsk vilayətinin işğal olunmuş rayonlarının işğal “idarəsi”ndə son kadr dəyişiklikləri Kremldə Puşilin və Kadırovun yaxınlaşmasındakı narazılıqdan xəbər verir”.
Qeyd edək ki, bu Milli Müqavimət Mərkəzinin bəyanatında deyilir.
Bir daha xatırladaq ki,, martın 30-da ruslar Vitali Xotsenkonun yerinə iyun ayından Xotsenkonun “müavini” olan Solntsevi təyin ediblər.
Qeyd olunur ki, “DNR” adlanan yeni “hökumət başçısı”nın heç vaxt Donetsk vilayəti ilə əlaqəsi olmayıb. Amma buna baxmayaraq, “təyinat”dan sonra rayona və maliyyə axınlarına nəzarət ona keçib.
Əslində bu, Moskvanın Puşilinlə Kadırovun yaxınlaşmasına münasibətidir, hansı ki, daha əvvəl də xəbər verilirdi.
Deyim ki, illərdir ancaq uydurma müqəvva rolu oynayan Puşilinin regionda heç bir səlahiyyəti yoxdur.
Amma, deyilənlərə görə, bu ərazilər uzun müddətdir ki, Puşilindən istifadə edən Kadırovun təsiri altındadır. Ruslar da Ramzanın regionu soymaq üçün inhisar hüququnda yararlana biləcəyindən ehtiyatlanırlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB