Amerika Birləşmiş Ştatları dövlət katibi Entoni Blinken və Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Ukrayna məsələsini müzakirə ediblər. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
ABŞ Dövlət Departamentindən verilən açıqlamaya görə, bu gün Entoni Blinken və Antonio Quterreş arasında telefon danışığı olub.
Görüşdə Ukraynanın suverenliyi və ərazi bütövlüyünün vacibliyi bir daha vurğulanıb.
Entoni Blinken söhbət zamanı Rusiyanın Ukraynanın ərzaq ixracı qarşısındakı maneələrinin davam etməsindən narahat olduqlarını ifadə edib.
Entoni Blinken Antonio Quterreşə ''Taxıl dəhlizi'' sazişinin gücləndirilməsi üçün göstərdiyi səylərə görə təşəkkür edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB