Fransa Prezidenti Çinin Baş naziri ilə görüşüb

Fransa Prezidenti Çinin Baş naziri ilə görüşüb

Fransa prezidenti Emmanuel Makron Çinin baş naziri Li Çanqla görüşüb.

SİA-nın əldə etdiyi məlumata görə, görüş prezident Emmanuel Makronun Çinə rəsmi səfəri çərçivəsində baş tutub.

Ukraynada və dünyada baş verən böyük münaqişələr və çətin vəziyyəti Baş nazir Li Çanqla müzakirə etmək istədiyini deyən Emmanuel Makron ortaq həllin və yolun tapılmasının böyük əhəmiyyət kəsb etdiyini deyib.
Fransanın 2025-ci ildə okeanların mühafizəsi ilə bağlı qlobal konfrans təşkil edəcəyini qeyd edən Emmanuel Makron Çinin də bu təşəbbüslərin bir parçası olmasının vacibliyini qeyd edib.

Baş nazir Li Çanq da öz növbəsində deyib ki, çox güman ki, prezident Si Cinpin və Emmanuel Macron arasında geniş konsensus əldə olunacaq.

"Görüş Çin, Fransa və Avropanın dünya sülhünü və sabitliyini qorumaq üçün göstərdiyi birgə səylərə müsbət təsir edəcək'', - deyə Li Çanq vurğulayıb.

Prezident Emmanuel Makron dünən paytaxt Pekində çinli həmkarı Si Cinpinlə keçirdiyi görüşdə Ukraynada sülhü təmin etmək üçün ortaq bir yol tapılmasını istədiyini söyləmişdi.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Çinə etdiyi 3 günlük rəsmi səfər çərçivəsində ilk olaraq Pekinə getmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə