“Əgər ABŞ bunu etməsə, Minsk və Moskva da Vaşinqton kimi davranacaq”

“Əgər ABŞ bunu etməsə, Minsk və Moskva da Vaşinqton kimi davranacaq”

Bu arada Belarus lideri Aleksandr Lukaşenko gözəl bir təkliflər çıxış edib. Belə ki, o, dünyanın hər yerindən nüvə silahlarını toplayıb məhv etməyi təklif edib.

SİA-nın əldə etdiyi məlumata görə, Belarus prezidenti aprelin 6-da İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasında öz fikrini bölüşüb.

Qeyd edək ki, Aleksandr Lukaşenko fransalı həmkarı Emmanuel Makronun heç bir ölkənin başqa ölkənin ərazisində nüvə silahı yerləşdirməyə haqqı olmadığını söyləyən açıqlamalarına münasibət bildirib.

Belarus rəhbəri bu məsələyə münasibətini bildirərək qeyd edib ki, nüvə silahı məsələsində Makronla tam razıdır. Eyni zamanda, Aleksandr Lukaşenko amerikalıların həqiqətən də nüvə silahlarını yerləşdirdikləri ölkələrdən çıxarmalı olduqlarına diqqət çəkib: “Mən onunla razıyam. Buna görə də amerikalılara onların yerləşdiyi beş-altı ölkədən bütün nüvə silahlarını geri çəkmək lazımdır. Və nöqtə”. (deyim ki, bu da təzə dəb düşüb...nğqtə, vergül...)

Maraqlıdır ki, Belarus prezidentinin dediyinə görə, əgər ABŞ-ın bu addımı atmasa, yəni, deyilən o, beş-altı ölkədən bütün nüvə silahlarını geri çəkməsə, Minsk və Moskva da Vaşinqton kimi davranacaq.

Xatırladaq ki, bu gün səhər saatlarında Fransa prezidenti Emmanuel Makron Çin prezidenti ilə keçirdiyi mətbuat konfransında nüvə silahının onlara malik olan ölkələrdən kənarda yerləşdirilməsinə qarşı çıxıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə