Sinpin Ukrayna üzrə sülh danışıqlarını tez bir zamanda bərpa etməyə çağırıb

Sinpin Ukrayna üzrə sülh danışıqlarını tez bir zamanda bərpa etməyə çağırıb

Si Sinpin Ukrayna üzrə sülh danışıqlarının mümkün qədər tez bərpa olunmasına çağırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Çin prezidenti Fransa lideri Emmanuel Makronla danışıqlar zamanı bildirib.

Si Sinpinin sözlərinə görə, Pekin Parislə birlikdə beynəlxalq ictimaiyyəti münaqişənin siyasi həlli üzrə danışıqlara qayıtmağa çağırmağa hazırdır.

“BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq, bütün tərəflərin qanuni təhlükəsizlik maraqlarını nəzərə alın, siyasi həll yolu axtarın və balanslaşdırılmış, səmərəli eləcə də davamlı Avropa təhlükəsizlik strukturu qurun”, -deyə Si Sinpin bildirib.

Xatırladaq ki, Emmanuel Makron Çinin Ukrayna böhranının həllində mühüm rol oynaya biləcəyinə inanır.

Yeri gəlmişkən, Çin Xarici İşlər Nazirliyi ABŞ və NATO-nu Ukraynadakı vəziyyətə görə məsuliyyəti öz üzərinə götürməyə çağırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə