"Ukrayna NATO-ya üzv olmaq üçün rəsmən dəvət edilməlidir"

Litva Seymi Ukraynanın NATO-ya dəvət edilməsi haqqında qətnamə qəbul edib
"Ukrayna NATO-ya üzv olmaq üçün rəsmən dəvət edilməlidir"

Bu gün, aprelin 6-da Litva Seymi Ukraynanın NATO-ya dəvət edilməsinin zəruriliyi ilə bağlı qətnamə qəbul edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS yayıb.

Beləliklə, sənəddə deyilir ki, alyansın iyulda Vilnüsdə keçiriləcək sammitində Ukraynanı NATO-ya üzv olmaq üçün rəsmən dəvət edilməlidir.

Yeri gəlmişkən, iclasda iştirak edən deputatların hamısı qətnamənin lehinə səs verib.

Parlamentin beynəlxalq məsələlər komitəsinin rəhbəri Jigimantas Pavilionisin sözlərinə görə, Ukraynanın NATO-ya üzvlüyü bloku daha da gücləndirklə yanaşı, təhlükəsizliyi də təmin edəcək.

Bundan əlavə, onun fikrincə, bu, Kiyevə daimi hərbi yardım göstərməkdən daha ucuz başa gələcək.

Xatırladaq ki, Yens Stoltenberq, Kiyevin Rusiya ilə münaqişədə qalib gəlməsə, Ukraynanın NATO-ya üzvlük məsələsinin heç bir əhəmiyyəti olmayacağını deyib.

Prezident Vladimir Zelenski isə belə hesab edir ki, Ukraynanın Avropa İttifaqı və NATO-ya daxil olmasının alternativi yoxdur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə