““Hücum Qvardiyası” sıralarında çoxlu sayda könüllü qadınlar da var”
Ukraynanın daxili işlər naziri İqor Klimenko, əks-hücum üçün təlim keçmiş Ukrayna “Hücum Qvardiyasının” peşəkar hücum briqadalarında artıq 40 minə yaxın hərbçisi olduğunu bildirib.
“Ukrayna Daxili İşlər Nazirliyinin yaratdığı yeni briqadalar nizami ordu hissələri ilə birlikdə döyüşəcək”
SİA-nın əldə etdiyi məlumata görə, bunu bildirən Klimenko “Hücum Qvardiyası” sıralarındakı könüllülər arasında çoxlu qadın olduğunu da bildirib.
Onun dediyinə görə, bu bölmələrə keçmiş polis və hərbçilər də yazılıb.
Bu gün Ukrayna Silahlı Qüvvələrinin tabeliyində olmayan bu hücum dəstələrinə hərbi təcrübəsi olmayan şəxslər də qəbul edilir.
Bu briqadalara Ukrayna Daxili İşlər Nazirliyi komandanlıq edir. “Onların məqsədi Ukraynanın azad edilməsidir”. Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri bunu işə götürülən şturoviklər haqqında deyib.
O, ölkədə ciddi səfərbərlik potensialının qaldığını da təsdiqləyib. Eyni zamanda, Klimenkonun sözlərinə görə, yaxın həftələr və ya aylar ərzində 40 minə yaxın döyüşçüdən ibarət formalaşmış, eləcə də təlim keçmiş briqadalar əks-hücum əməliyyatlarına cəlb olunacaqlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB