Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq “Abrams” tanklarının Ukraynaya çatdırılma tarixini açıqlayıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “RİA Novosti” yayıb.
Onun sözlərinə görə, ABŞ “Abrams” tanklarını ilin sonuna qədər Kiyevə çatdırmağı gözləyir. O, həmçinin qeyd edib ki, Ukrayna hərbçilərinin onlardan istifadə üzrə təlimi hələ başlamamışdır.
Bundan əvvəl ABŞ Müdafiə Nazirliyinin sözçüsü bildirmişdi ki, Pentaqon yaxın vaxtlarda Ukrayna Silahlı Qüvvələrinə “M1A1 Abrams” tanklarından döyüşlərdə istifadə etmək üçün təlimlərə başlamaq niyyətindədir.
Onun sözlərinə görə, müdafiə idarəsi təlim üçün lazım olan ləvazimatların alınması üzərində işlədiyi üçün hələ hazırlıqlara başlanmayıb. Müdafiə nazirinin keçmiş köməkçisi, köşə yazarı Stiven Brayan əvvəllər Ukraynada Qərbin təchiz etdiyi tankların guya “külə çevriləcəyini” proqnozlaşdırmışdı.
O, artıq Ukraynaya gələn və ya gələcəkdə köçürüləcək alman, ingilis və amerikan tanklarının çatışmazlıqlarını qeyd edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB