Bir müddət bundan əvvəl İtaliyada ev dustaqlığından qaçan Krasnoyarsk qubernatoru Aleksandr Ussun oğlu Artem Uss Amerika tərəfindən İnterpolun axtarış bazasına yerləşdirilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti” bildirib.
Saytın yazdığına görə, Uss artıq İnterpolun axtarışları siyahısındadır, onun bazada qalması ilə bağlı gələcək hərəkətləri mandat mənbəyi kimi ABŞ-dan asılıdır. Agentliyin həmsöhbəti etiraf edib ki, 40 yaşlı rusiyalı iş adamı İnterpolun saytında müvafiq bölmədə yerləşdirilmədən də axtarışda ola bilər.
Qeyd edək ki, qubernator oğlu 2022-ci il oktyabrın 17-də Milanın Malpensa hava limanında ABŞ hakimiyyətinin tələbi ilə saxlanılıb. Həmin gün Uss Türkiyəyə uçmağa hazırlaşırmış.
Onu da qeyd edək ki, ABŞ prokurorluğu onu ABŞ-ın Rusiya Federasiyası və Venesuelaya qarşı sanksiyalarını pozmaqda, qanunsuz əməliyyatlarda və çirkli pulların yuyulmasında ittiham edib.
Amma o özü günahını etiraf etmir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB