Vaşinqton Kiyevi silahla təmin etdiyi üçün Rusiya və ABŞ müharibənin qaynar mərhələsindədir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu bəyanatla xarici işlər naziri Sergey Lavrov çıxış edib.
Onun sözlərinə görə, ABŞ administrasiyası hər dəfə Rusiyanı Ukraynaya “daha çox uzaq mənzilli” sistemlər verəcəyi ilə
hədələyir.
Qeyd edək ki, Lavrov, Moskva ilə Vaşinqton arasında münasibətlərin qorunmalı olduğunu gizlətməyib.
Gözləməyə çox vaxt olmadığını deyən rusiyalı nazir, Amerika tərəfinin dialoqu bərpa edəcəyinə də ümid etdiyini bildirib.
Yeri gəlmişkən, ABŞ kəşfiyyatı yaxın bir neçə il ərzində Rusiyanı ciddi təhlükə hesab etdiyi barədə daha əvvəl məlumat verilmişdi.
ABŞ Kəşfiyyat Birliyinin müvafiq hesabatında deyilir ki, Rusiya hakimiyyəti indiyədək Ukraynadakı münaqişəni onun hüdudlarından kənara çıxaracaq addımlar atmaqdan yayınıb. Eyni zamanda, kəşfiyyat orqanlarının məlumatına görə, eskalasiya riski əhəmiyyətli olaraq qalmaqdadır.
Onlar həmçinin, Rusiyanın növbəti onillikdə bir çox sahələrdə ABŞ üçün əsas problem olaraq qalacağını və Çindən daha az proqnozlaşdırıla biləcəklərini əlavə ediblər. Qeyd edək ki, bit müddət bundan əvvəl, “The Wall Street Journal” nəşri ABŞ hakimiyyətinin hazırda böyük dövlətlərlə , xüsusən də Rusiya və Çinlə münaqişələrə hazır olmadığını bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB