ABŞ Gürcüstan Ali Ədliyyə Şurasının dörd üzvü olan yüksək vəzifəli gürcü hakimlərə qarşı viza sanksiyaları tətbiq edib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ABŞ dövlət katibi Entoni Blinken onları korrupsiyada ittiham edib.
“...Bu şəxslər Gürcüstanın məhkəmə sədrləri və Ali Ədliyyə Şurasının üzvü kimi öz vəzifələrindən sui-istifadə edərək, qanunun aliliyini və Gürcüstanın hüquq sisteminə ictimai etimadı sarsıdıblar.
Amerika Birləşmiş Ştatları demokratiyanın və qanunun aliliyinin möhkəmləndirilməsində Gürcüstan vətəndaşlarına dəstəyini davam etdirir və dövlət hakimiyyətindən şəxsi maraqları üçün sui-istifadə edənləri məsuliyyətə cəlb etməyə davam edəcək. Biz qərəzsiz və müstəqil hərəkət etmək cəsarəti və dürüstlüyünə malik olan bütün hakimləri dəstəkləyirik”.
Qeyd edək ki, bu, ABŞ-ın Tbilisidəki səfirliyinin saytında yerləşdirilən bəyanatda deyilir.
Qeyd edək ki, viza sanksiyaları Mixail Çinçaladze, Levan Murusidze, İrakli Şengeliya və Valerian Tsertsvadzeyə, habelə onların ailə üzvlərinə qarşı tətbiq edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB