Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmamaq siyasətini davam etdirəcək
Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmamaq siyasətini davam etdirmək niyyətindədir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “Anadolu” agentliyinə müsahibəsində Türkiyə liderinin rəsmi nümayəndəsi İbrahim Kalın deyib.
Onun sözlərinə görə, Ankara BMT çərçivəsində tətbiq olunmadığı üçün Rusiya əleyhinə sanksiyalara qoşulmayıb.
“...Ancaq eyni zamanda biz ərazi bütövlüyünü əsas götürərək Ukraynaya dəstəyimizi davam etdiririk”, - deyə Rəcəb Tayyib Ərdoğanın nümayəndəsi bildirib.
Türkiyənin indiyə qədər belə balanslı siyasət həyata keçirdiyini deyən Kalın, bu siyasətin gələcəkdə də davam etdiriləcəyini deyib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Rusiyaya qarşı sanksiyaların uzun müddət qalacağını istisna etməyib.
Qeyd edək ki, bundan əvvəl Putin gələcəkdə Qərbin sanksiyalarının hələ də Rusiya iqtisadiyyatına mənfi təsir göstərə biləcəyini istisna etməmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB