Üçüncü ölkələr Rusiyanın yeni regionlarının ərazisində terror aktlarında iştirak edir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında deyib.
Onun sözlərinə görə, “belə təxribat və terror aktlarının hazırlanmasında” üçüncü ölkələrin potensialının, Qərbin xüsusi xidmət orqanlarının iştirak etdiyini iddia etməyə bütün əsaslar var.
Həmçinin Putin qeyd edib ki, “cinayətkar elementlər” LDNR, Zaporojye və Xerson vilayətlərindəki vəziyyətdən istifadə etməyə çalışırlar.
Qeyd edək ki, Rusiya lideri yeni bölgələrdə vəziyyətin gərgin olaraq qaldığını da etiraf edib. Bununla bağlı, yəni bunun qarşısını almaq üçün Putin neonasist təbliğatının ciddi şəkildə qarşısının alınmasını və cinayətkarlıqla mübarizənin gücləndirilməsini tələb edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB