DİN: ''Mart ayında 80 terrorçu zərərsizlədirib''

DİN: ''Mart ayında 80 terrorçu zərərsizlədirib''

Türkiyə Silahlı Qüvvələri mart ayında dörd təhlükəli terrorçunu da zərərsizləşdirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Daxili İşlər Nazirliyi mart ayında həyata keçirilən əməliyyatlarla bağlı məlumat yayıb.
Mart ayında Daxili İşlər Nazirliyinin koordinasiyasında 1-i iri, 36-sı da orta olmaqla on mindən çox əməliyyatın həyata keçirildiyi bildirilib.
Sözügedən əməliyyatlar nəticəsində 80 terrorçunun zərərsizləşdirildiyi vurğulanıb.Həyata keçirilən əməliyyatlar zamanı qırmızı, yaşıl və boz kateqoriyada axtarışda olan dörd təhlükəli terrorçunun da zərərsizləşdirildiyi qeyd olunub.
Mart ayında həyata keçirilən antiterror əməliyyatları nəticəsində 43 sığınacaq da məhv edilib. Bundan başqa, 7 terror aktının qarşısı alınan əməliyyatlar zamanı 59 silah, 34 mina, 41 əl qumbarası, 257 kilo partlayıcı maddə və 37 780 ədəd sursat ələ keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə