Türkiyə "F-16" məsələsini bir kənara qoyacaq...

Türkiyə "F-16" məsələsini bir kənara qoyacaq...

Türkiyə prezident administrasiyası yaxın 10 il ərzində “F-16” qırıcıları ilə bağlı sualların təxirə salınmasından Ankaranın heç nə itirməyəcəyini bildirib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Türkiyə liderinin mətbuat katibi İbrahim Kalın ölkənin hərbi texnika istehsalı sahəsində əldə etdiyi uğurlardan danışıb.

O, Türkiyə Respublikasında istehsal olunan hərbi məhsulların 2020-ci ildə Azərbaycanın 44 günlük müharibəsində öz sinfini və potensialını əyani şəkildə nümayiş etdirdiyini vurğulayıb.

Respublika Prezidenti Administrasiyasının nümayəndəsi bildirib ki, son illər Türkiyə hərbi müdafiə sənayesinin inkişafında mühüm irəliləyişlər əldə edib.

Məhz buna görə də, yaxın 10 ildə Amerikanın “F-16” qırıcıları ilə bağlı suallar gündəmə gəlməsə, Ankara heç nə itirməyəcək.

İbrahim Kalın deyib bunu.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə