Polşa hazırda Ukraynaya daha dörd “MiQ-29” qırıcısı verəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bunu aprelin 5-də Polşa lideri Anjey Duda ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşündən sonra bildirib.
Qeyd edək ki, Dudanın da qeyd etdiyi kimi, Varşava bundan əvvəl də öz ehtiyatlarından Kiyevə MiQ-29 köçürmüşdü.
Lakin xatırlayırıq ki, Polşa Xarici İşlər Nazirliyi Varşavanın Kiyevə sərəncamında olan bütün MiQ-29 qırıcılarını verməyi planlaşdırmadığını vurğulamışdı.
Yeri gəlmişkən, Polşanın baş naziri Mateuş Moravetski bildirib ki, Avropa İttifaqı Ukraynaya ötürülən silahlara görə Polşaya çox yaxşı təzminat verəcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB