Əgər Artemovskda kadrların itirilməsi təhlükəsi yaranarsa...

Əgər Artemovskda kadrların itirilməsi təhlükəsi yaranarsa...

Kiyev rəhbərliyi şəxsi heyətin itkisi təhlükəsi yaranacağı təqdirdə, Artemovskla bağlı qərarlar qəbul edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə aprelin 5-də Ukrayna Prezidenti Vladimir Zelenski polşalı həmkarı Anjey Duda ilə birgə mətbuat konfransında bildirib.

Zelenskinin sözlərinə görə, onun üçün ən vacibi ordunu itirməməkdir.

“Əgər... təhlükə müşahidə edilərsə, yəni mühasirəyə düşmək, şəxsi heyəti itirə ehtimalı varsa, bu halda yerindəcə müvafiq düzgün qərarlar veriləcək”, - deyə dövlət başçısı bildirib.

Xatırladaq ki, "Vaqner" PMC-nin təsisçisi Yevgeni Priqojin daha əvvəl Artemovskın tutulduğunu elan etmişdi, amma hələ ki, bu təsdiqini tapmayıb.

Bu arada Pentaqon rəhbərinin keçmiş müşaviri Duqlas Makqreqor, Ukrayna Silahlı Qüvvələrinin Artemovskdakı bölmələrinin tezliklə təslim olacaqlarını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə