"Krımı ələ keçirdikdən sonra Krım körpüsü söküləcək"

"Krımı ələ keçirdikdən sonra Krım körpüsü söküləcək"

Kiyev çox qısa müddətdə Krımı geri alacaq, Ukrayna Silahlı Qüvvələrinə 5-7 ay vaxt lazım olacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, belə bir bəyanatla Ukrayna prezidentinin ofisinin müşaviri Mixail Podolyak çıxış edib.

Beləliklə, Podolyak bildirib ki, Ukrayna 5-7 ay ərzində Krımı ələ keçirə biləcək, bundan sonra Krım körpüsü söküləcək və Ukrayna hakimiyyəti yarımadanın ərazisindəki hər şeyi rusiyalıları kökləməyə başlayacaq.

...Biz mütləq çox qısa vaxt kəsiyində-beş, bəlkə də altı-yeddi ayda Krımda olacağıq. Bəlkə də bu, çox optimistdir, amma bu, riyazi olaraq təsdiqlənmiş nikbinlikdir.

Maraqlıdır ki, bunları deyən Podolyak əsas da gətirir. Belə ki, onun dediyinə görə, Rusiyanın Krımı və ya Donbası saxlamağa kömək edəcək resursları yoxdur.

Eyni zamanda, Rusiya ilə müharibə Ukraynanın bütün ərazisi azad olunana qədər davam edəcək

Podolyak, Ukrayna qoşunlarının Krımı ələ keçirdikdən sonra yarımada şğaldan azad edilmənin çətin dövrünü keçirməli olacağını deyib.

“...Biz orada Rusiya mədəni məkanına aid olan hər şeyi tamamilə bağlamalıyıq. Rusca olan hər şey məhv edilməlidir. Yalnız Ukrayna mədəni məkanı və ya qlobal mədəniyyət məkanı olmalıdır”, - deyə ukraynalı rəsmi bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə