İsveç Quranın yandırılması ilə bağlı qadağanı ləğv etdi

İsveç Quranın yandırılması ilə bağlı qadağanı ləğv etdi

İsveçin irqçi partiya lideri Rasmus Paludanın Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandıraraq qalmaqallı hərəkəti iki ölkə arasında gərginliyi artırmışdı. SİA xarici mətbuata istinadən xəbər verir ki, fevral ayında İraq əsilli Salvan Momika Stokholm səfirliyinin və Afrika əsilli Kris Makoundout isə Türkiyənin Stokholm səfirliyi qarşısında Qurani-Kərimi yandırmaq istəmiş, polis təhlükəsizlik baxımından bu təxribatların qarşısını almışdı.

İsveç İnzibati Məhkəməsi Quranın yandırılmasına qoyulmuş qadağanın ləğvi barədə qərar verib. Qərarda “təhlükəsizlik riski ilə bağlı narahatlıqlar” nümayiş hüququnu məhdudlaşdırmaq üçün yetərli deyil. Hakim EvaLotta Hedin, iclasdan sonra mətbuata verdiyi açıqlamada polisin qadağa üçün kifayət qədər tutarlı səbəbləri olmadığını bildirib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə