Türkiyənin təsdiqindən sonra Finlandiya NATO-nun 31-ci üzvü olaraq birliyə qoşuldu. SİA xarici mətbuata istinadən xəbər verir ki, baş verənlər dünya mətbuatında geniş əks-səda doğursa da, Türkiyənin terroru dəstəklədiyi üçün NATO üzvlüyünə viza vermədiyi İsveçdə böyük məyusluq yaradıb.
Türkiyə iki ölkə ilə bağlı narahatlığını bildirib və bu ölkələrdən müəyyən şərtləri yerinə yetirmələrini istəyib. Lazımi şərtləri yerinə yetirən Finlandiya NATO-ya daxil olmağa dəqiqələr qalmışkən İsveçə razılıq vermədi.
Alyansa üzv ölkələrin xarici işlər nazirləri NATO-nun Belçikanın paytaxtı Brüsseldəki qərargahında görüşüblər. Finlandiyanın bayrağı da qərargahda dalğalanıb. Finlandiyanın iştirakı ilə NATO-Rusiya sərhədi iki dəfə artaraq 1340 kilometrə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB