Bu ölkə “Mir” telekanalı ilə əməkdaşlığı dayandırıb

Bu ölkə “Mir” telekanalı ilə əməkdaşlığı dayandırıb

Moldova Nazirlər Kabineti MDB ölkələrinin müştərək televiziya platforması kimi tanınan “Mir” telekanalına maliyyə ayırmaqdan imtina edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, moldova telekanalı rəsmi Kişineuya qarşı əks təbliğat aparmaqda ittiham edib.

Hələlik telekanal Moldova tərəfinin qərarını şərh etməyib.

Qeyd edək ki, MDB ölkələrində fəaliyyət göstərən “Mir” beynəlxalq teleradio şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Özbəkistanda rus dilində yayımlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə