Trampın işinə 2024-cü ildə baxılacaq - YENİLƏNİB

Trampın işinə 2024-cü ildə baxılacaq - YENİLƏNİB

ABŞ-ın keçmiş prezidenti Donald Trampın işi üzrə növbəti hazırlıq iclası 2023-cü il dekabrın 4-nə təyin olunub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə, işə mahiyyəti üzrə baxılmasına 2024-cü ilin yanvarında başlanıla bilər.

Növbəti iclasda da Tramp şəxsən iştirak etməlidir. Burada tərəflər vəsatət verə biləcək, həmçinin keçmiş dövlət başçısına qarşı həbs-qətimkan tədbiri məsələsinə baxılacaq.

Hələlik Trampa qarşı heç bir qabaqlayıcı tədbir tətbiq edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə