Çili sahillərində zəlzələ qeydə alınıb

Çili sahillərində zəlzələ qeydə alınıb

Çili sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 129 min nəfər əhalisi olan Kopiapo şəhərindən 105 km qərbdə qeyd alınıb. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Sunami təhlükəsi barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə