Məhkəmə ABŞ-ın keçmiş prezidenti Donald Trampın həbsini ləğv edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri CNN yayıb
Beləliklə, siyasətçi məhkəmə binasını tərk edib. Bundan əvvəl isə onun barmaq izi götürülüb.
Tramp indi Floridadakı iqamətgahı Mar-a-Laqoya getməyi planlaşdırır. Onun orada öz tərəfdarlarına müraciət edəcəyi gözlənilir.
Maraqlıdır ki, Tramp ABŞ-ın cinayət məsuliyyətinə cəlb edilən ilk sabiq prezidenti olub.
Xatırladaq ki, o, aprelin 4-də Aşağı Manhettendə rayon prokurorunun ofisində həbs edilib. Siyasətçinin özü bütün 34 maddə üzrə təqsirsiz olduğunu bəyan edib.
Müstəntiqlərin fikrincə, 2016-cı ildə vəkil vasitəsilə Tramp porno ulduz Stormi Danielsə (əsl adı Stefani Kliffords) keçmişdə yaşadıqları münasibətə susmaq üçün 130 min dollar ödəyib.
Bu vəsait isə seçkiqabağı fonddan qanunsuz olaraq kompensasiya edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB