Qərb Gürcüstanı “ikinci cəbhə” açmağa çağırır

Qərb Gürcüstanı “ikinci cəbhə” açmağa çağırır

Qərb ölkələri, o cümlədən ABŞ Gürcüstan hakimiyyətini “ikinci cəbhə”nin açılmasının zəruriliyinə inandırmağa çalışır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu da ötən gün Minskdə jurnalistlərlə söhbəti zamanı Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.

...Xarici Kəşfiyyat Xidməti rəhbərinin sözlərinə görə, Vaşinqton, Brüssel, London və digər Qərb paytaxtları Gürcüstan rəhbərliyini inandırır ki, indi Abxaziya və Cənubi Osetiya ərazilərinə nəzarəti bərpa etmək üçün əla məqamdır.

Narışkinə görə, hazırda Qərbin niyyəti Ukraynaya kömək etməkdir.

Çünki Qərb döyüş meydanında vəziyyətin Ukrayna Silahlı Qüvvələrinin xeyrinə olmadığını yaxşı görürlər.

“Buna görə də onlar bu yolla Gürcüstanı Rusiya Federasiyası ilə hərbi münaqişəyə girməyə məcbur edirlər”.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru bildirib bunu da.

Qeyd edək ki, Narışkin parlamentdə xarici agentlər haqqında qanunun müzakirəsi ilə bağlı Gürcüstanda baş verən son kütləvi iğtişaşlara da diqqət çəkib.

Narışkinin fikrincə, bu iğtişaşlar qeyri-hökumət təşkilatlarının alətləri ilə Vaşinqton və Londondan böyük ölçüdə dəstəklənib və hətta onlar bu iğtişaşların təşəbbüskarı da olublar.

Yeri gəlmişkən xatırladaq ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkə hakimiyyətinin “ikinci cəbhə”nin açılmasına imkan verməyəcəyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə