Polşa hökuməti Ukraynanın qərb ərazilərinə nəzarəti ələ keçirmək üçün məqam gözləyir.
SİA BELTA-ya istinadən xəbər verir ki, bunu aprelin 4-də Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Minskdə jurnalistlərlə söhbəti zamanı deyib.
Narışkin hesab edir ki, Polşa rəhbərliyi Ukraynanın qərb hissəsinə nəzarəti ələ keçirmək ideyasından hələ də əl çəkmir və...bunun üçün Varşava Kiyevin hərbi məğlubiyyətini şərt kimi görür.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktorunun fikrincə, Polşada keçmiş Şərqi Kresses adlanan Qərbi Ukrayna ərazisinin alınması polşa millətçilərinin çoxdan gözlədikləri məqsədlərdən biridir.
Narışkinə görə, bu, artıq Polşada milli ideologiyanın elementinə çevrilib. Ona görə də Polşa rəhbərliyi artıq bu ideyadan imtina edə bilməz.
Hazırda Polşa rəhbərliyi hesab edir ki, bu ideyanın həyata keçirilməsinin əsas şərtlərindən biri hərbi məğlubiyyət nəticəsində Ukrayna dövlətçiliyinin dağılmasıdır.
…Ona görə də, polyaklar münaqişənin sülh yolu ilə həllini istəmirlər və rəsmi Kiyevə daimi yardım göstərəcəklərinə sonsuz əminlik nümayiş etdirirlər.
Xatırladaq ki, ötən ilin noyabrında Narışkin Varşavanın Qərbi Ukraynanın bir sıra vilayətlərinin, belə ki, Lvov, İvano-Frankivsk və Ternopilun ilhaqına hazırlığı sürətləndirdiyini qeyd etmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB