ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb

ABŞ çərşənbə axşamı, aprelin 4-də Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb. Onun ümumi məbləği 2,6 milyard dollar təşkil edəcək.

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, bu paketə digər şeylərlə yanaşı, HIMARS çoxillik raket sistemləri üçün böyük miqdarda döyüş sursatları, eləcə də adi artilleriya mərmiləri daxil olacaq.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, təcili yardıma tank əleyhinə sistemlər, kiçik silahlar, ağır texnikalar və texniki xidmət daxildir. Yeni yardım partiyası ilə bağlı qərarla əlaqədar olaraq, “Associated Press” Ukrayna Silahlı Qüvvələrinin ölkəni işğal etmiş Rusiya ordusuna qarşı yaz hücumuna hazırlığını qeyd edir.

Paketə həmçinin “Patriot” və “NASAMS” hava hücumundan müdafiə sistemləri üçün döyüş sursatı, “Bradley” piyada döyüş maşınları üçün raketlər daxildir. Yardımın böyük hissəsi - 2,1 milyard - Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü çərçivəsində verilir.

Bu vəsait müdafiə sənayesi üçün avadanlıqların alınmasına sərf olunur. Qalan 500 milyonu isə Amerikanın mövcud ehtiyatlarından götürülmüş sursat və avadanlıqlardır ki, bu da onların cəbhəyə daha tez çatdıracaqları deməkdir.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba NATO-nun Brüsseldəki mənzil-qərargahında dövlət katibi Entoni Blinkenlə görüşdən əvvəl “...biz Birləşmiş Ştatların, xüsusən də son bir ay ərzində qoşunlarımıza əks-hücuma hazırlaşmağa kömək etmək üçün gördüyü hər şeyi yüksək qiymətləndiririk” deyə bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə