İran nüvə silahına sahib olsa, dünyanı girov götürəcək. Bu baxımdan İsrailin vəzifəsi İranın nüvə proqramının həyata keçirilməsinə mane olmaqdır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
“İranın nüvə silahı əldə etməsinə mane olmasaq, bizi məhv etmək istəyən bir tərəfin bütün dünyanın girovluğunda olacağı fərqli bir reallıqda özümüzü tapacağıq”.
Qeyd etdiyimiz kimi, bununla Netanyahu əminliyini ifadə edib.
Bu baxımdan yəhudi dövlətinin vəzifəsi İranın nüvə proqramının həyata keçirilməsinin qarşısını almaqdır.
“…Əgər İran nüvə proqramını həyata keçirərkən uranın zənginləşdirilməsində 60 faizi keçərsə, o zaman yəhudi dövlətindən dərhal sərt cavab veriləcək”.
Qeyd edək ki, bunu bəyan edən İsrail hakimiyyəti bu barədə artıq ABŞ və bir sıra Avropa ölkələrini də məlumatlandırdığını bəyan edib.
Rəsmi Tehran isə İsrail və Almaniyanın İranın guya nüvə silahı əldə etmək cəhdlərini davam etdirməsi ilə bağlı iddialarını təkzib edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB