Belarus prezidenti Aleksandr Lukaşenko aprelin 5-6-da Rusiyaya işgüzar səfər edəcək, burada Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq və İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasında iştirak edəcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Lukaşenkonun mətbuat xidməti yayıb.
Aleksandr Lukaşenko sabah Moskvaya işgüzar səfərə gedəcək. Qeyd olunur ki, aprelin 5-də Belarus rəhbəri rusiyalı həmkarı Vladimir Putinlə ikitərəfli görüş keçirəcək, bu görüşdə Belarus-Rusiya münasibətlərinin, o cümlədən İttifaq Dövlətinin Ali Dövlət Şurasının müzakirəyə çıxarılmayan məsələlər müzakirə olunacaq.
Müzakirə olunan məsələlər arasında Belarus və Rusiya liderlərinin idxalın əvəzlənməsi, əməkdaşlığın dərinləşdirilməsi, yüksək texnologiyalı sənayenin inkişafı kimi mövzulara toxunacağı da bildirilir.
Onların arasında beynəlxalq vəziyyətlə əlaqədar təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər də var.
Ertəsi gün, aprelin 6-da isə Lukaşenko Belarus və Rusiya İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasında iştirak edəcək.
Bundan əlavə, Belarus və Rusiya tərəfləri Birlik Dövlətinin Təhlükəsizlik Konsepsiyasının hazırlanmasını və qarşıdakı dövr üçün birgə işi müzakirə edəcəklər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB