Hulusi Akar Nikolaos Panagiotopoulos ilə görüşüb

Hulusi Akar Nikolaos Panagiotopoulos ilə görüşüb

Milli müdafiə naziri Hulusi Akar Yunanıstanın müdafiə naziri Nikolaos Panagiotopoulos ilə görüşüb.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Hulusi Akar fevralın 6-da Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkən Hatay şəhərinə gələn Panagiotopoulosu hava limanında qarşılayıb.

Helikopterlə şəhərdə tədqiqat aparan Akar və Panagiotopoulos daha sonra təkbətək görüş keçirib.

İki nazir daha sonra Hatay Fəlakət Koordinasiya Mərkəzində zəlzələdən sonrakı işlərlə bağlı məlumatlandırma toplantısına qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə