Mövlud Çavuşoğlu Pekka Haavistonu təbrik edib

Mövlud Çavuşoğlu Pekka Haavistonu təbrik edib

Xarici işlər naziri Mövlud Çavuşoğlu Finlandiyanın xarici işlər naziri Pekka Haavistonu ölkəsinin NATO-ya üzvlük prosesini başa vurması münasibətilə təbrik edib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

NATO Xarici İşlər Nazirləri Toplantısı üçün Belçikanın paytaxtı Brüsseldə olan Çavuşoğlu ilk ikitərəfli görüşünü finlandiyalı həmkarı Haavisto ilə keçirib.

Çavuşoğlu "Twitter" hesabında etdiyi paylaşımda: "Brüsseldəki ilk görüşümüzdə yeni müttəfiqimiz Finlandiyanın xarici işlər naziri Haavistonu NATO-ya üzvlük prosesinin başa çatması münasibətilə təbrik etdik" deyib.

Qeyd edək ki, Finlandiyanın üzvlük səbəbi ilə bu gün NATO-nun mənzil qərargahında keçiriləcək mərasimdə qərargahın girişində olan müttəfiq ölkələrin bayraqları arasında Finlandiya bayrağı öz yerini tutacaq. Beləliklə, Finlandiya NATO Xarici İşlər Nazirlərinin Toplantısının keçiriləcəyi gün alyansa 31-ci üzv kimi qoşulacaq və NATO-nun bütün hərbi və mülki strukturlarında öz yerini tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə