Terror aktı ilə bağlı Daria Trepovaya qarşı ittiham irəli sürülüb

Terror aktı ilə bağlı Daria Trepovaya qarşı ittiham irəli sürülüb

Beləliklə, Sankt-Peterburqda kafedə hərbi komandir Vladlen Tatarskinin ölümü ilə nəticələnən partlayışda əli olmaqda şübhəli bilinən Daria Trepova mütəşəkkil cinayətkar qruplaşma tərəfindən terror aktı törətməkdə ittiham olunub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Daria Trepovaya qarşı ittiham irəli sürüb. O, “б”ç. 3 st. 205 UK RF, ç. 4 st. 222.1 bəndində nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham olunur.

Qeyd edək ki Trepova barəsində 2 iyun 2023-cü il tarixinədək həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət göndərilib. Hazırda saxlanılan şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsinə baxılacağı Moskvanın Basmannı Məhkəməsinə aparılıb.

Xatırladaq ki, istintaqın məlumatına görə, aprelin 2-də Daria Trepova Ukrayna ərazisində fəaliyyət göstərən şəxslərin göstərişinə əməl edərək, Sankt-Peterburqun mərkəzindəki kafeyə partlayıcı ilə doldurulmuş heykəlcik gətirib. O, hədiyyəsini Vladlen Tatarski təxəllüsü ilə tanınan hərbi müxbir Maksim Fominə verib.

Hədiyyə təqdim edildikdən bir neçə dəqiqə sonra kafedə gurultulu partlayış nəticəsində Fomin ölüb, zalda olan 40-a yaxın adam, o cümlədən iki yeniyetmə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə