NATO-nun baş katibi Yens Stoltenberq “Guardian”a müsahibəsində Ukraynadakı münaqişənin yaxın gələcəkdə bitməyəcəyinə dair fikir bildirib.
Niyə, çünki Moskva “yıxılma müharibəsi” aparır, hərbi sənaye istehsalını artırır və minlərlə hərbçini döyüş bölgəsinə. göndərməyə hazırdır.
SİA-nın əldə etdiyi məlumata görə, bununla əlaqədar, Stoltenberq qeyd edib ki, Qərb ölkələri ÜDM-in 2 faizi həcmində müdafiənin maliyyələşdirilməsi üzrə hədəflərə çatmalı və Ukraynaya uzunmüddətli sursat tədarükünə hazır olmalıdırlar.
Baş katibin fikrincə, Artemovsk (Baxmut) vilayətində gedən şiddətli döyüşlər göstərir ki, Rusiya sadəcə, minimum fayda naminə bu ərazilərə daha çox hərbi qulluqçu gətirməyə və çoxlu itki verməyə hazırdır.
Stoltenberq, Moskvanın hərbi sənaye istehsalını gücləndirdiyini və daha çox silah əldə etmək üçün İran və Şimali Koreyanın avtoritar rejimlərinə müraciət edir.
Bundan əlavə, Stoltenberq, Çinin Ukraynadakı münaqişə ilə bağlı mövqeyindən narahat olduğunu da dilə gətirib.
O xatırladıb ki, Pekin Rusiya Silahlı Qüvvələrinin xüsusi əməliyyata başlamasını pisləməyib və sülh təşəbbüsləri ilə bağlı birbaşa prezident Vladimir Zelenski ilə əlaqə saxlamır. Bununla yanaşı, NATO-nun baş katibi Çini Rusiyaya silah və əsas sursat verməkdən çəkindirməyin vacibliyini də qeyd edib.
Stoltenberq hesab edir ki, NATO üzvü olan ölkələr müdafiənin maliyyələşdirilməsi üçün ÜDM-in ən azı 2 faizini əldə etməlidirlər. O ümid edir ki, alyans üzvləri iyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO-nun növbəti sammitində bu addıma razılıq verəcəklər.
Stoltenberqin fikrincə, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və digər Qərb ölkələri Ukraynanı silah, sursat və komponentlərlə dəstəkləməyə çoxdan hazır olmalı idi.
Məhz elə buna görədir ki, Ukrayna hərbçiləri gündə 20 min rus mərmisinə qarşı təxminən 4-7 min mərmi ata bilirlər.
Qeyd edək ki, Avropa İttifaqı ölkələri Ukraynaya bir milyon artilleriya mərmisi verməyə razılaşıblar. Avropa Birliyi bunun Ukrayna qoşunları üçün 6 ay üçün kifayət edəcəyinə ümid edir.
Ümumiyyətlə, Qərb Ukraynanı “hücuma başlamaq, əraziləri geri almaq və getdikcə daha çox ərazini azad etmək” üçün kifayət qədər hərbi texnika ilə təmin edib. Buna baxmayaraq, Stoltenberq ümid edir ki, Qərb ölkələri Ukraynanı müasir qırıcılarla, xüsusən də Amerikanın F-16-ları ilə təmin edə biləcəklər.
Amma maraqlıdır ki, bu məsələni nəzərdən keçirən Ağ Ev, bu təyyarələri Kiyev üçün zəruri hesab etməyiblər.
Bununla belə, ötən həftə Slovakiya və Polşa dördüncü nəsil MiQ-29 qırıcılarının Ukraynaya təhvil verildiyini elan ediblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB