Belarusda gizli əməliyyatlar apardıqları üçün əcnəbilər, o cümlədən Polşa, Ukrayna və Baltikyanı ölkələrindən olan xeyli vətəndaş saxlanılıb.
SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, xəbəri aprelin 4-də DTK rəhbəri İvan Tertel jurnalistlərlə bölüşüb.
Tertel bildirib ki, Polşa və Baltikyanı ölkələrdən olan, ölkə ərazisində kəşfiyyat və təxribat fəaliyyəti həyata keçirən agentlər Belarusda saxlanılıb.
Ərazimizdə aktiv məxfi əməliyyatlar aparan Polşa vətəndaşlarının saxlanıldığını deyən Tertelin sözlərinə görə, Polşa tərəfi bütün vasitələrlə öz vətəndaşlarını Belarusun xüsusi xidmət orqanlarında işləmək ittihamı ilə Polşada saxlanılan şəxslərlə dəyişməyə çalışır.
...Polşa vətəndaşları ilə yanaşı, təhlükəsizlik qüvvələri də onlarla Ukrayna vətəndaşını, o cümlədən terror aktları törətməyə cəhd edənləri, həmçinin kəşfiyyat, təxribat və casusluq fəaliyyətini həyata keçirənləri həbs edib.
Saxlanılanlar arasında gizli fəaliyyətlə məşğul olan Baltikyanı ölkələrin vətəndaşları da var.
Üstəlik, Tertelin sözlərinə görə, tutulanların sayı bizim gözlədiyimizdən də xeyli çoxdur.
Sonda İvan Tertel “qırmızı xətləri” xatırladıb və qonşu ölkələrə xəbərdarlıq edib ki, bu halda cavab “az olmayacaq, bəlkə də daha təsirli olacaq”.
Xatırladaq ki, bundan əvvəl casusluqda şübhəli bilinən üç Belarus vətəndaşının Polşada saxlanması barədə məlumat yayılmışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB