Moskva və Minsk kollektiv Qərb ölkələrinin suverenliklərini pozmağa imkan verməyəcəklər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə aprelin 4-də Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin danışıb.
Narışkin hesab edir ki, Qərb ölkələri bütün səylərinə baxmayaraq, digər ölkələr, o cümlədən Belarus və Rusiya hesabına öz dünya hökmranlığını davam etdirə bilməyəcək.
Onun sözlərinə görə, Minsklə Moskva ABŞ və Avropa İttifaqının öz suverenlikləri bahasına qlobal üstünlüyünü qoruyub saxlamasına imkan verməyəcək.
Üstəlik, Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbəri əmindir ki, bir qrup Qərb dövlətləri, Qərbin totalitar-liberal rejimlərinin bütün bu cür cəhdləri əvvəlcədən uğursuzluğa məhkumdur.
Maraqlıdır ki, Narışkin nə Rusiya, nə də Belarusun buna icazə verməyəcəyinə əmindir. Onun dediyinə görə, “...biz həqiqətən öz azadlığını, suverenliyini qiymətləndirən suveren dövlətlərik və qələbənin bizim olacağına şübhə etmirik”.
Xatırladaq ki, Belarus prezidenti Aleksandr Lukaşenko bu gün səhər saatlarında Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinlə görüşüb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB